"Mingəçevir" mövsümdə ilk qələbəsini Saatlıda qazandı - VİDEO

19:20 - 29 Sentyabr 2023

Futbol üzrə Azərbaycan I Liqasında III tura yekun vurulub.

Sportal.az xəbər verir ki, bu gün "Araz Saatlı" doğma meydanda "Mingəçevir"i qəbul edib. Qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Mövsümdə ilk qələbəsini qazanan "Mingəçevir" turnir cədvəlinin VI pilləsində qərarlaşıb. Bütün görüşlərdə uduzan "Araz Saatlı" isə sonuncu yerdədir.

"Araz Saatlı" - "Mingəçevir" 0:2

Qollar: Elsəvər Bəkirzadə, 16, Tural Məmmədzadə, 36

Xəbər xətti