De Byazi: "Klublarda əcnəbi futbolçular çoxdur və bu da Azərbaycan millisinə kömək etmir"

10:19 - 10 Oktyabr 2023

Azərbaycan milli komandasının baş məşqçisi Canni De Biazi Avropa mətbuatına açıqlama verib.

Sportal.az xəbər verir ki, “abcnews”a danışan italiyalı işindəki çatışmazlıqlardan şikayətlənib: 

"Azərbaycan millisi ilə təcrübəm yaxşı gedir. Biz çox inkişaf edirik. Aydındır ki, futbolçuların keyfiyyətinin aşağı olması baxımından bəzi struktur çətinliklərimiz var. Klublarda əcnəbi futbolçular çoxdur və bu da Azərbaycan millisinə kömək etmir".

İtalyalı məşqçi daha əvvəl çalışdığı Albaniya millisindən də danışıb: “Ümid edirəm ki, AVRO-2024-ə yüksələ bilərlər. Hətta bunu edəcəklərinə də şübhə etmirəm. Seçmə mərhələni birinci yerdə başa vurmaq üçün hər şeyə sahibdirlər".
 

Xəbər xətti