"Qusar"dan "Cəbrayıl"a 4 qol - VİDEO

18:33 - 10 Oktyabr 2023

Futbol üzrə Azərbaycan II Liqasında VI turun oyunları davam edir.

Sportal.az xəbər verir ki, bu gün "Qusar" öz meydanında "Cəbrayıl"ı qəbul edib. Qarşılaşma şimal bölgəsi təmsilçisinin 4:2 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 10-a yüksəldən "Qusar" turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. 12 xalı olan "Cəbrayıl" isə 4-cü yerdədir.

"Qusar" - "Cəbrayıl" 4:2

Qollar: Firudin Ağalarov, 45+2, Orxan Qurbanlı, 49, Vüsal Hüseynov, 68, Kazbek Qafarov, 74 - Nurlan Quliyev, 69, Mehman Süleymanlı, 83

Xəbər xətti