"Qalatasaray"ın hücumçusu "Milan"a keçə bilər

12:32 - 14 Oktyabr 2023

"Qalatasaray"ın futbolçusu Barış Alper Yılmaz karyerasını İtaliyada davam etdirə bilər.

Sportal.az xəbər verir ki, 23 yaşlı hücumçunun xidmətində "Milan" maraqlıdır. Bu barədə "Fanatik" nəşri məlumat yayıb.

A Seriyası təmsilçisi Türkiyə millisinin üzvünü transfer siyahısına daxil edib. "Milan" qışda futbolçu üçün İstanbul klubu ilə danışıqlara başlayacaq.

Qeyd edək ki, "Qalatasaray" Barış Alper Yılmazı 2021-ci ilin yayında "Keçiörengücü"dən transfer edib. Ön xətt oyunçusu cari mövsümdə "sarı-qırmızılar"ın heyətində meydana çıxdığı 16 rəsmi matçda 3 qol vurub.

Xəbər xətti