"Bavariya" futbolçuları baş məşqçidən narazıdır

20:45 - 15 Oktyabr 2023

"Bavariya" futbolçularının baş məşqçi Tomas Tuheldən narazılıqları artıb.

Sportal.az “TZ” portalına istinadən xəbər verir ki, oyunçuların narazılığı heyətin matça bir neçə saat qalmış elan olunmasıdır.

Bu da futbolçuların uyğunlaşmasını çətinləşdirir. "Bavariya" oyunçularının Tuheldən digər narazı qaldığı məsələ isə onlarla çox az ünsiyyət qurmasıdır. Onlar əsasən Tuhelin köməkçiləri ilə ünsiyyətdə olurlar.

50 yaşlı mütəxəssis "Bavariya" ilə 2023-cü il martın 25-də müqavilə imzalayıb. Onun müqavilə müddəti 2025-ci il iyunun 30-da başa çatıb.

Xəbər xətti