"Araz-Naxçıvan"ın qapıçısı Moldova millisində

14:30 - 6 Noyabr 2023

"Araz-Naxçıvan"ın qapıçısı Kristian Avram Moldova millisinə dəvət alıb.

Sportal.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 29 yaşlı qolkiper Avro-2024-ün seçmə mərhələsində noyabrın 17-də Albaniya, 3 gün sonra Çexiya yığması ilə keçiriləcək matçlar üçün Moldova millisinə çağırılıb.

Qeyd edək ki, Moldova yığmasına "Turan Tovuz"dan Denis Marandiçi də dəvət alıb.

Xəbər xətti