"Qarabağ" "Molde" ilə heç-heçə etdi - YENİLƏNİB

01:57 - 1 Dekabr 2023

UEFA Avropa Liqasında 5-ci turun oyunları keçirilib.

Sportal.az xəbər verir ki, bu gün Azərbaycan təmsilçisi "Qarabağ" da meydana çıxıb.

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Norveçdə "Molde"nin qonağı olub. Qarşılaşma 2:2 hesablı bərabərliklə başa çatıb.

5 turdan sonra hər iki komandanın aktivində 7 xal var. "Qarabağ" artıq Konfrans Liqasının pley-off mərhələsinə vəsiqəni təmin edib.

UEFA Avropa Liqası

Qrup mərhələsi, V tur

00:00. "Molde" (Norveç) - "Qarabağ" (Azərbaycan) 2:2 
Qol:
Eriksen, 82, - 87 Juninyo, 12 - Bəhlul Mustafazadə, 90+5
Baş hakim: Erik Lambrexts (Belçika).
Norveç. Molde stadionu.

Xəbər xətti