Bakı klubunun kapitanı məşqlərə nə vaxt başlayacaq?

21:23 - 1 Dekabr 2023

Noyabrın 3-də Azərbaycan Premyer Liqasının 12-ci turunun “Turan-Tovuz”la oyununda kəllə-beyin travması alan “Səbail”in kapitanı Ağabala Ramazanov reabilitasiya kursunu davam etdirir.

Sportal.az saytına verilən məlumata görə, 30 yaşlı forvardın məşqlərə qayıtmasının vaxtı dəqiqləşib.

Onun yanvar əvvəllərində komandanın qış toplanışına qatılacağı gözlənilir.

Qeyd edək ki, Ramazanov "Turan Tovuz"la matçın(2:1) ilk yarısında Faiq Hacıyevlə mübarizə zamanı zədələnmiş və yerini Rüfət Abdullazadəyə buraxmışdı.

Xəbər xətti