"Qalatasaray"ın legioneri: "40 futbolçu arasından start heyətini qurmaq çətindir"

11:18 - 2 Dekabr 2023

"Qalatasaray"ın yarımmüdafiəçisi Hakim Ziyeş "Çelsi"də özünü sübut edə bilməməsinin səbəbini açıqlayıb.

Sportal.az “FootMercato”ya istinadən xəbər verir ki, mərakeşli futbolçu London klubundakı vaxtlarını da xatırlayıb:

"Bu barədə çox danışa bilərik. İşlər gözlədiyim kimi getmədi. Məşqçi dəyişiklikləri oldu, həmçinin klub rəhbərliyi ilə mübahisələrə görə PSJ-yə keçidim də uğursuz alındı. Ümumilikdə də, uğursuzluqla dolu bir dövr idi. Ayrı-ayrı üç yaxşı heyətə sahib idik. 40 futbolçu arasında seçim edərək start heyəti qurmaq çətindir. Bütün bunlar da mənim "Çelsi"dəki çıxışıma təsir etdi".

Ziyeş mövsümün sonuna qədər "Qalatasaray"da icarə əsasında oynayacaq. Onun "Çelsi" ilə müqaviləsi isə 2025-ci il iyunun 30-na qədərdir.

Xəbər xətti