Rumıniya millisinin üzvü "Mançester Yunayted"ə doğru

11:49 - 2 Dekabr 2023

"Mançester Yunayted" müdafiə xəttini gücləndirmək üçün İtaliya çempionatından oyunçu gətirməyi planlaşdırır. 

Sportal.az "The Sun"a istinadən xəbər verir ki, Premyer Liqa klubu "Cenoa" və Rumıniya millisinin üzvü Radu Drequşinin transferi üçün hərəkətə keçib. 

21 yaşlı mərkəz müdafiəçisinin özünün də Mançester klubuna keçmək istədiyi bildirilir. Keçidin qışda baş tutması ehtimal edilir.

"Yuventus", "Sampdoriya", "Salernitana"da oynamış Drequşin 2023-cü ildə "Cenoa"ya keçib.

Xəbər xətti