"Qarabağ" onunla yollarını ayırmağa hazırdır

12:49 - 4 Dekabr 2023

"Qarabağ" Adama Diakabi ilə yollarını ayırmağa hazırdır.

Sportal.az saytına verilən məlumata görə, Ağdam klubuna bu ilin yanvar ayında keçən fransalı özünə komanda axtarır.

Klubdan ona bildirilib ki, əgər özünə komanda taparsa, azad agent kimi yeni kollektivə keçidinə problem tödərilməyəcək.

Əslində, Fransanın U-21 yığmasının sabiq üzvü ilə maraqlanan komandalar var. Lakin futbolçunun maaşının yüksək olması onunla maraqlanan klubların həmin transferdən vaz keçməsinə səbəb olur. 

Diakabinin istədiyi maaşı verəcək komanda tapılarsa, o, qışda "Qarabağ"dan ayrılacaq. 27 yaşlı futbolçu 2023-cü il yanvarın 13-də "Qarabağ"a keçib. Onun müqaviləsi 2025-ci il iyunun 30-na qədərdir. Diakabi karyerası ərzində "Renn", "Monako", "Haddersfild", "Nottingem Forest", "Amyen komandalarında oynayıb.

Xəbər xətti