"Arsenal"ın futbolçusu "Yuventus"a keçə bilər

20:22 - 4 Dekabr 2023

"Arsenal" qış transfer pəncərəsi zamanı bir futbolçusu ilə yollarını ayracaq.

Sportal.az xəbər verir ki, söhbət Tomas Partidən gedir. Bu barədə ESPN məlumat yayıb.

London təmsilçisi heyətinə yeni oyunçular qatmaq üçün 30 yaşlı yarımmüdafiəçini satmaqla büdcə ayırmaq istəyir.

Parti ilə "Yuventus" yaxından maraqlanır. İtalyanlar qanalı orta xətt oyunçusu üçün yanvar ayında onun klubuna rəsmi təklif göndərəcək.

Qeyd edək ki, "Arsenal" Tomas Partini 2020-ci ilin oktyabr ayında "Atletiko"dan transfer edib. Qana millisinin üzvü cari mövsümdə "topçular"ın heyətində 5 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti