İlham Zəkiyev gümüş medal qazandı

12:43 - 5 Dekabr 2023

Yaponiyanın paytaxtı Tokioda paracüdo üzrə Qran-pri keçirilir.

Sportal.az xəbər verir ki, Azərbaycan paracüdoçusu İlham Zəkiyev (+90 kq) yarışda gümüş mükafata yiyələnib.

İ.Zəkiyev J1 kateqoriyasında yalnız final görüşündə rəqiblərinə məğlub olub.

Qeyd edək ki, ötən gün Vüqar Şirinli (60 kq) və Şəhanə Hacıyeva (48 kq) ikinci, Namiq Abaslı (73 kq) isə üçüncü yeri tutublar.

Xəbər xətti