"ÇFR Kluj"un rəsmisi Mutunun baş məşqçi postuna mümkün təyinatı haqda: "Hər şey ola bilər"

11:34 - 6 Dekabr 2023

Rumıniyada “Neftçi”nin çalışdırıcısı Adrian Mutunun “ÇFR Kluj”a baş məşqçi təyin olunması variantı getdikcə daha çox müzakirə olunmağa başlayıb.

Sportal.az xəbər verir ki, Rumıniya klubunun idman direktoru Marius Bilasko “Orangesport”a məsələ haqda bu cür danışıb:

"Mutu “ÇFR Kluj”a baş məşqçi təyin edilə bilərmi? Bilmirəm, amma hər şey ola bilər. Sabah hazırkı baş məşqçinin rəhbərliyi altında yaxşı nəticə alsaq, yəqin ki, mətbuatda bu mövzu ilə bağlı müzakirələr və spekulyasiyalar olmayacaq".

Mirbağırağa

Xəbər xətti