Benzema sabiq klubuna qayıda bilər

17:34 - 3 Yanvar 2024

"Əl-İttihad"ın hücumçusu Kərim Benzema Səudiyyə Ərəbistanı klubunu tərk edə bilər. 

Sportal.az “Todofichajes”ə istinadən xəbər verir ki, forvard “Lion”a qayıtmağı planlaşdırır. Fransa klubunun rəhbərliyi artıq keçid üzərində işləyir.

Benzema daha əvvəl karyerasını "Lion"da bitirmək istədiyini bildirmişdi.

Fransalı 2023-cü ilin yayında azad agent kimi Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubuna keçib. Bu mövsüm futbolçu ərəb klubunun heyətində bütün turnirlərdə 11 oyun keçirib, 6 qol vurub və 3 məhsuldar ötürmə edib. 

Onun Səudiyyə Ərəbistanı klubu ilə müqaviləsi 2026-cı ilin iyunun sonuna kimi qüvvədədir. 

Xəbər xətti