Ulduz futbolçu klubsuz qaldı

21:13 - 6 Yanvar 2024

Xuan Mata "Vissel Kobe"dən ayrılıb.

Sportal.az xəbər verir ki, bu barədə Yaponiya təmsilçisinin mətbuat xidməti məlumat yayıb. İspan yarımmüdafiəçinin başa çatan müqaviləsi yenilənməyib.

Xuan Mata "Qalatasaray"dan ayrıldıqdan sonra bu ilin sentyabr ayında "Vissel Kobe"yə keçmişdi. 35 yaşlı futbolçu komandanın heyətində bir matçda meydana çıxıb. O, komanda ilə birlikdə Yaponiya çempionluğu qazanıb.

Xəbər xətti