"Bavariya" "Tottenhem"in futbolçusunu heyətinə qatdı

09:33 - 12 Yanvar 2024

Almaniyanın "Bavariya" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, Münhen təmsilçisi "Tottenhem"dən Erik Dayeri transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Bavariya" 29 yaşlı müdafiəçini mövsümün sonuna kimi icarəyə götürüb.

Qeyd edək ki, Erik Dayer bu mövsüm "Tottenhem"in heyətində İngiltərə Premyer Liqasında 4 matçda meydana çıxıb.

Xəbər xətti