"Qarabağ"ın rəqibi portuqaliyalı müdafiəçi ilə müqavilə imzaladı

18:56 - 16 Yanvar 2024

Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Braqa"da yeni müqavilə qeydə alınıb.

Sportal.az xəbər verir ki. Portuqaliya təmsilçisi Joau Vaskonselosun sözləşməsinin müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Portuqaliyalı hücumameyilli yarımmüdafiəçi 2028-ci ilin yayına kimi komandada qalacaq.

Joau Vaskonselos "Braqa"nın yetirməsidir. 18 yaşlı vinger bu mövsüm ikinci komandanın heyətində meydana çıxdığı 10 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, "Qarabağ" "Braqa" ilə ilk oyunu fevralın 15-də Portuqaliyada keçirəcək. Komandalar arasında cavab matçı isə bir həftə sonta Bakıda baş tutacaq.

Xəbər xətti