AFFA İsveç klubunun futbolçusunu milliyə cəlb etməyi planlaşdırır

13:47 - 17 Yanvar 2024

İsveçin "Örebro" klubunun qapıçısı Murad Əbdürrəhamnov Azərbaycan yığmasına cəlb edilə bilər.

Sportal.az saytına verilən məlumata görə, AFFA İsveç klubunun üzvünü yığmaya dəvət etmək üçün danışıqlara başlayır.

İsveçin U-17 yığmasının da təlim-məşq toplanışında iştirak etmiş Muradın Azərbaycan yığmasına cəlb ediləcəyi gözlənilir. Yaxın vaxtlarda Əbdürrəhmanovun yığmamızda oynayıb-oynamayacağı dəqiqləşəcək. Onun 17 yaşlılardan ibarət milli komandamızda oynamağa müsbət yanaşdığı iddia edilir.

Qeyd edək ki, 2007-ci il təvəllüdlü Murad "Örebro"nun yetirməsidir. Həmyerlimiz "Forvard" klubuna bir illik icarəyə verilib.
 

Xəbər xətti