"Neftçi"nin sabiq futbolçusu Premyer Liqaya qayıtmağa hazırlaşır

17:34 - 19 Yanvar 2024

"Neftçi”nin sabiq futbolçusu Yusuf Laval yenidən Azərbaycana gələ bilər.

Sportal.az saytına verilən məlumata görə, Portuqaliyada “Aruka” klubunda oynayan nigeriyalı Premyer Liqamıza qayıtmaq üçünü menecerindən ona komandalardan biri ilə danışmağı xahiş edib.

Laval ən azından altı aylıq icarə əsasında Azərbaycanda oynamaq istəyindədir. Futbolçu hazırkı klubunda az oynamasından narazı olduğu üçün bu cür addım atmaq istəyir.

“Neftçi”nin sabiq futbolçusunun “Aruka” ilə müqaviləsi 2026-cı il iyunun 30-na qədərdir. 25 yaşlı nigeriyalı futbolçu 2020-2022-ci illərdə "Neftçi"nin formasını geyinib.

Xəbər xətti