"Atletiko"nun müdafiəçisi "Fənərbaxça"da - RƏSMİ

14:43 - 29 Yanvar 2024

"Fənərbaxça" müdafiə xəttini yeni futbolçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi "Atletiko"dan Çağlar Söyüncünü icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

27 yaşlı mərkəz müdafiəçisi mövsümün ikinci yarısını "Fənərbaxça"da keçirəcək. Türkiyə milli komandasının üzvü yeni komandasında 2 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Çağlar Söyüncü "Atletiko"ya mövsümün əvvəlində keçib. O, Madrid təmsilçisinin heyətində 9 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti