"Liverpul"da qalıb-qalmayacağımı bilmirəm"

11:34 - 30 Yanvar 2024

"Liverpul"un kapitanı və müdafiəçisi Vircil van Deyk Yurgen Kloppun baş məşqçi postundan ayrılmasından sonra komandada qalıb-qalmayacağını hələ ki, bilmir. 

Sportal.az "Independent"ə istinadən xəbər verir ki, niderlandlı məsələ haqda qısa danışıb:

"Mən "Enfild"də növbəti dövrün bir hissəsi olacağam? Bu, böyük sualdır. Bilmirəm. Komandada qalıb-qalmayacağımı da bilmirəm. Yalnız zaman hər şeyi göstərəcək".

32 yaşlı futbolçu 2018-ci ildən “Liverpul”da çıxış edir. Onun bu klubla müqaviləsi 2025-ci il iyunun 30-na qədərdir.

Yurgen Kloppun isə mövsümün sonunda Mersisayd klubunu tərk edəcəyi dəqiqləşib.

Xəbər xətti