Mübariz Mənsimov "Xəzər Lənkəran"a büdcə ayırdı, tapşırıq verdi

17:53 - 10 Fevral 2024

"Xəzər Lənkəran" Mərkəzi Stadionu təmirə bağlanıb.

Sportal.az Sportinfo.az-a istinadən xəbər verir ki, xeyli müddətdir qapısı qıfıllanan arenada yenidənqurma işlərinə start verilib.

Bunun üçün böyük miqdarda vəsait ayrılıb. Təmirin sifarişçisi "Xəzər Lənkəran"-ın yaradaçısı Mübariz Mənsimovun şirkətidir.

Türkiyədə yaşayan iş adamı uzun müddətdən sonra stadionun vəziyyəti ilə maraqlanıb və onun acınacaqlı hala düşməsini biləndən sonra bu işlərə start verilməsini tapşırıb.

"Xəzər Lənkəran" 2016-cı ildə fəaliyyətini dayandırıb. Ötən müddət ərzində "Fırtınılar meydanı" Mübariz Mənsimovun qardaşı Mais Mənsimovun ümidinə qalıb.

O isə buranı demək olar dağıdıb. Pula gələn nə varsa, hamısını dəyər-dəyməzinə satıb.

Xəbər xətti