Azərbaycan kubokunun finalı bu stadionda keçiriləcək

16:17 - 21 Fevral 2024

2023/2024 mövsümündə Azərbaycan kubokunun finalının harada keçiriləcəyi bəlli olub.

Sportal.az xəbər verir ki, turnirin həlledici görüşü təmirdən yeni çıxmış “Mehdi Hüseynzadə” adına stadionda keçiriləcək.

Final iyunun 2-də baş tutacaq. Qeyd edək ki, ötən mövsüm ölkə kubokunun final matçının məhz bu arenada keçiriləcəyi gözlənilsə də, sonradan oyun “Neftçi Arena”ya keçirilmişdi.

Xəbər xətti