Azərbaycan çempionatı: Pley-off matçlarının vaxtı müəyyənləşdi

18:31 - 22 Fevral 2024

Minifutbol üzrə ölkə çempionatında play-off oyunlarının tarixləri müəyyənləşdirilib.

Sportal.az xəbər verir ki, martın 26-27 də sonuncu turun oyunları keçiriləcək. Turnir cədvəlində ilk səkkiz yeri tutan komandalar isə 3-10 aprel tarixlərində 1/4 final matçlarında görüşəcəklər.

Ölkə çempionatının yarımfinal oyunları 16-20 aprel tarixlərində nəzərdə tutulub. Mayın 14-də isə ölkə çempionatının finalı və 3-cü yer uğrunda oyunu keçiriləcək

Xəbər xətti