Milli komandanın yeni baş məşqçisi açıqlandı

11:22 - 25 Fevral 2024

Futbol üzrə Çin milli komandasının yeni baş məşqçisi müəyyənləşib.

Sportal.az xəbər verir ki, Asiya təmsilçisini Branko İvankoviç çalışdıracaq. Bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.

69 yaşlı mütəxəssislə imzalanan müqavilənin detalları barədə məlumat verilməyib.

Qeyd edək ki, Branko İvanoviçin son iş yeri Oman yığmasına rəhbərlik edib.

Xəbər xətti