"Zirə"nin legioneri: "Hədəflərimizə çatmaq üçün daha çox çalışacağıq"

15:34 - 29 Fevral 2024

"Araz-Naxçıvan"a qarşı görüş yaxşı alındı. İntizamlı futbol oynadıq. Qələbə də qazandıq. Bunun üçün çox sevinirəm. Son 10 oyunda qalib gəlmirdik, amma bilirdik ki, vəziyyəti dəyişməyi bacararıq. Bəxtimiz gətirmirdi".

Bu sözləri Sportal.az saytına açıqlamasında “Zirə”nin Stefan Aka deyib. Qəsəbə təmsilçisi kamerunlu müdafiəçisi Premyer Liqanın 25-ci turunun “Turan Tovuz”a qarşı keçiriləcək görüşünüdən gözləntilərini bölüşüb:

"Turan Tovuz”a qarşı matç maraqlı olacaq. Bu oyunun hazırlıqlarını davam etdiririk. Həmin görüşdə də qələbə qazanmaq istəyirik. Ümidvaram ki, belə də olacaq.Hədəflərimizə çatmaq üçün daha çox çalışacağıq. Çempionatdakı komandalar arasında xal fərqi çox deyil. Hamı mübarizə aparır".

Mirbağırağa
 

Xəbər xətti