"Milan" futbolçusu üçün 80 milyon avro istəyəcək

14:34 - 29 Fevral 2024

"Milan" müdafiəçisi Teo Hernandes üçün transfer qiymətini müəyyənləşdirib.

Sportal.az "Sky Sport"a istinadən xəbər verir ki, "rossonyerlər" onu istəyən klublarda 80 milyon avro tələb edəcək.

28 yaşlı futbolçu "Bavariya" və "Mançester Siti"nin transfer siyahısındadır.

2019-cu ildən “Milan”da oynayan fransalının İtaliya klubu ilə müqaviləsi 2026-cı ilin yayına qədərdir. 

Xəbər xətti