"Qarabağ"ın üzvü Rusiya millisinə dəvət edildi

14:47 - 1 Mart 2024

“Qarabağ”ın qapıçısı Andrey Lunyov Rusiya millisinə dəvət edilib.

Sportal.az xəbər verir ki, qolkiper 38 oyunçudan ibarət geniş heyətə qoşulacaq.

O, sonuncu dəfə Rusiya millisinin heyətində “Çertanovo” klubu ilə yoldaşlıq oyununda (6:0) çıxış edib.

Andreyin milli komandaya son çağırışı isə 2022-ci il dünya çempionatının seçmə mərhələsinin oyunları zamanı baş verib.

Xəbər xətti