"Barselona"nın hansı vəziyyətdə olduğunu bilmirəm, amma durumları yaxşı görünmür"

12:17 - 6 Mart 2024

"Barselona"nın sabiq müdafiəçisi Jerar Pike Kataloniya klubunun rəhbərliyini tənqid edib.

Sportal.az xəbər verir ki, "AS" nəşrinə danışan təcrübəli futbolçu vəziyyətin yaxşı görünmədiyini deyib:

"Barselona"lılar həqiqəti bilmək istəyirlər. Heç nə edə bilmirsiz, amma klubun Çempionlar Liqasını qazanacağını söyləyirsiz. Sonra yarışmağa pulunuz olmayanda nə edəcəksiz? Klubun hazırkı vəziyyətindən xəbərim yoxdur, amma durumları o qədər də yaxşı görünmür. "Baxın, burada bir qəpik də yoxdur və yaxın iki-üç ildə biz tam gücümüzü akademiyaya verəcəyik" desəniz, insanlar sizi onsuzda başa düşəcəklər".

Jerar Pike 2008-2022-ci illərdə "Barselona"nın futbolçusu olub.

Xəbər xətti