"Beşiktaş" "Qarabağ"ın forvardını istəyir - canlı izləyəcəklər

11:17 - 11 Mart 2024

“Beşiktaş” “Qarabağ”ın forvardı Juninyo ilə maraqlanır.

Sportal.az “Fotospor”a istinadən xəbər verir ki, Türkiyə klubunun idman direktoru Samet Aybaba Ağdam təmsilçisinin hücumçusunu canlı izləmək istəyir.

Aybaba bunun üçün Leverkuzenə yollanacaq. Belə ki, bu həftə Almaniyada Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində “Bayer” “Qarabağ”ı qonaq edəcək.

O, həmçinin “Bayer”in iki futbolçusu Borxa İqlesias və Timoti Fosu-Mensanı da izləyəcək.

Mövsümün əvvəlində "Çaveş"dən "Qarabağ"a keçmiş hücumçunun Ağdam klubu ilə müqaviləsi 2026-cı il iyunun 30-na qədərdir.

Xəbər xətti