"Mançester Siti" və "Liverpul"un transfer mübarizəsi

20:38 - 11 Mart 2024

"Vulverhempton"un futbolçusu Pedru Netu növbəti mövsümdə karyerasını Premyer Liqanın nəhəng klublarından birində davam etdirə bilər.

Sportal.az xəbər verir ki, portuqaliyalı vingerin xidmətində "Liverpul" və "Mançester Siti" maraqlıdır. Bu barədə "The Telegraph" nəşri məlumat yayıb.

"Canavarlar" 24 yaşlı öx xətt oyunçusu üçün 75 milyon avro tələb edir. 

Qeyd edək ki, "Vulverhempton" Pedru Netunu 2019-cu ilin yayında "Latsio"dan transfer edib. Portuqaliya millisinin üzvü bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 23 rəsmi matçda 3 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti