"Qarabağ"ın matçını ingilis hakim idarə edəcək 

13:54 - 12 Mart 2024

"Qarabağ"ın Avropa Liqasının 1/8 final mərhələsinin "Bayer"lə cavab oyununu idarə edəcək hakimlər briqadası açıqlanıb.

Sportal.az xəbər verir ki, görüşü ingilis hakim Entoni Teylor idarə edəcək. 

FİFA referisinə yan xətt hakimləri Hari Besvik və Adam Nunn kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Endryu Madli yerinə yetirəcək.

VAR-da Stüart Ettuell, AVAR-da Jarred Qavan Cillett işləyəcək. 

"BayArena" stadionunda baş tutacaq matça Bakı vaxtilə saat 00:00-da start veriləcək.

"Qarabağ" - "Bayer" matçı 2:2 hesabı ilə yekunlaşıb.

 

Xəbər xətti