Dünya reytinq cədvəli açıqlandı: Azərbaycan millisi hansı pillədədir?

10:34 - 13 Mart 2024

Dünya Çimərlik Futbolu Təşkilatı milli komandaların yenilənmiş reytinq cədvəlini dərc edib.

Sportal.az xəbər verir ki, Azərbaycan millisi 645,75 xalla yenə də 26-cı pillədəki yerini qoruyub.

Millimizi Kosta-Rika qabaqlayır (649,5). Baham adaları isə yığmamızdan bir pillə aşağıdadır (640).

Reytinqə Braziliya millisi (4299,25) başçılıq edir. İtaliya (3136,25) 2-ci, Portuqaliya 3-cü pillədədir.

Xəbər xətti