Çempionlar Liqası: Ən yaxşı adına namizədlər açıqlandı

09:34 - 14 Mart 2024

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab matçlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb. 

Sportal.az xəbər verir ki, namizədlər David Raya("Arsenal"), Yan Oblak("Atletiko"), Ceydon Sanço("Borussiya") və Pau Kubarsidir ("Barselona").

UEFA-nın saytında keçirilən sorğudan sonra qalibin adı açıqlanacaq.

Xəbər xətti