"Mançester Yunayted" və "Çelsi" "Barselona"nın müdafiəçisi ilə maraqlanır

19:12 - 14 Mart 2024

"Barselona"nın müdafiəçisi Jül Kunde karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki. fransalı futbolçunun xidmətində "Çelsi" və "Mançester Yunayted" maraqlıdır. Bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.

İngiltərə nəhəngləri 25 yaşlı mərkəz müdafiəçisini transfer etmək üçün yayda onun klubu ilə danışıqlara başlayacaq.

Qeyd edək ki, "Barselona" Jül Kundeni 2022-ci ili yayında "Sevilya"dan transfer edib. Fransa millisinin üzvü bu mövsüm Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 36 rəsmi matçda 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2027-ci ilin yayına kimidir.

Xəbər xətti