Türk futbolçu "Tottenhem"in hədəfində

20:20 - 14 Mart 2024

İngiltərənin "Tottenhem" klubu yeni mövsüm üçün yarımmüdafiə xəttini gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, Lonton təmsilçisi "Fənərbaxça"da çıxış edən İsmail Yüksəki transfer etmək istəyir. Bu barədə "Team Talk" məlumat yayıb.

Premyer Liqa nəhəngi türk yarımmüdafiəçi üçün yayda İstanbul təmsilçisi ilə danışıqlara başlayacaq.

Qeyd edək ki, "Fənərbaxça" İsmail Yüksəki 2020-ci ilin yayında "Gölcükspor"dən transfer edib. 25 yaşlı orta xətt oyunçusu bu mövsüm komandanın heyətində meydana çıxdığı 40 rəsmi matçda 1 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti