Ramil Şeydayev "Qarabağ"a qayıtmaq istəyir

20:35 - 28 Mart 2024

Türkiyənin "Kocaelispor" klubunda çıxış edən Ramil Şeydayev Azərbaycana qayıda bilər.

Sportal.az saytına verlən məlumata görə, 28 yaşlı hücumçu yenidən "Qarabağ"da oynamaq istəyir.

Milli komandamızın üzvü "Kocaelispor"da baş məşqçi dəyişikliyindən sonra əsas heyətə düşə bilmir. Ramil bu durumdan narazıdır.

Təcrübəli forvard sabiq klubu "Qarabağ"a qayıtmaq arzusundadır. O, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanovla əlaqə saxlayaraq dönmək istədiyini bildirib.

Hələ ki, Şeydayevin "Qarabağ"a qayıdışı ilə bağlı yekun qərar yoxdur. Amma onun yeni mövsümdə Azərnbaycan çempionunun formasını geyinmək ehtimalı var.

Xəbər xətti