Premyer Liqaya yeni vəsiqə qazanan klub baş məşqçisi ilə yollarını ayıra bilər

12:22 - 15 Avqust 2025

“İmişli”nin yeni təyin olunan baş məşqçisi Xorxe Kaskilyevin postundakı fəaliyəti uzun çəkməyə bilər.

Sportal.az xəbər verir ki, portuqaliyalı mütəxəssis komandası üçün yaradılmış şəraitdən narazılıq edib.

Bu isə rəhbərliyin ürəyincə olmayıb. Məsələ burasındadır ki, artıq bölgə klubunun rəhbərliyi də Kaskilya ilə işbirliyinə o qədər də müsbət yanaşmır.

Məlumata görə, çempionatın birinci dövrəsində uğursuzluq olacağı təqdirdə, xarici məşqçi ilə yollar ayrılacaq. 
 

Xəbər xətti