Belarus millisinin üzvünün "Qarabağ"a keçidi niyə baş tutmayıb? - AÇIQLAMA

10:37 - 10 Oktyabr 2025

Belarusun "ML Vitebsk" klubunun müdafiəçisi Zaxar Volkovun "Qarabağ"a keçmək ehtimalı olub.

Sportal.az xəbər verir ki, bu barədə 28 yaşlı futbolçu özü açıqlama verib. "Na Banke" yutub kanalına danışan Belarus millisinin üzvü yayda Azərbaycan çempionundan təklif aldığını deyib:

"Bu hadisə yazda baş verib. İndi isə Azərbaycan klubu Çempionlar Liqasının ilk iki turunda “Benfika” və “Kopenhagen” üzərindəki qələbələri ilə səs salır. "MLVitebsk" ilə müqavilə imzaladım və bir saatdan sonra agentim mənə zəng etdi. Dedi ki, “Qarabağ” zəng vurub. Cavab verdim ki, artıq hər şey bitib, razılaşmışam, söz vermişəm. Ona görə də şans yox idi. Mən qərarımı dəyişməyəcəyəm".

Qeyd edək ki, Zaxar Volkov bu ilin mart ayında Rusiyanın "Ximki" klubundan ayrıldıqdan sonra "ML Vitebsk"ə keçib. Təcrübəli mərkəz müdafiəçisi bu mövsüm Belarus təmsilçisinin heyətində meydana çıxdığı 22 rəsmi matçda 2 qol vurub.

Xəbər xətti