"Barselona"nın futbolçusu İspaniya millisindən kənarlaşdırıldı

18:56 - 10 Oktyabr 2025

İspaniya milli komandasının heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, "Barselona"nın futbolçusu Dani Olmo sıradan çıxıb. Bu barədə yerli federasiyanın rəsmi saytı məlumat yayıb.

27 yaşlı hücumameyilli yarımmüdafiəçidə əzələ zədəsi aşkarlanıb. O, müalicə olunmaq üçün klubunun düşərgəsinə qayıdıb.

Qeyd edək ki, İspaniya seçməsi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində oktyabrın 11-də Gürcüstanı, 3 gün sonra isə Bolqarıstanı qəbul edəcək.

Xəbər xətti