PSJ-nin keçmiş yarımmüdafiəçisi Marko Verratti, vaxtı ilə heyətində Lionel Messi, Kilian Mbappe və Neymarın olmasına baxmayaraq, Paris klubunun Çempionlar Liqasını qazana bilməməsinin səbəbini izah edib.
Sportal.az xəbər verir ki, “Marca”ya danışan "Əl-Duhail"in italiyalı futbolçusu həmin dövrü belə xatırlayıb:
"Futbolu gözəl edən də elə budur. Məsələ sadəcə oyunçular alıb, qalib gəlməkdə deyil. PSJ ciddi bir layihə idi və Messi, Mbappe və Neymar klubun inkişafına kömək etdilər. Bizim çoxlu ulduz oyunçularımız var idi, amma komanda olaraq nəsə çatışmırdı. Bu isə müasir futbolda çox vacibdir".
Messi 2021-ci ildən 2023-cü, Neymar isə 2017-ci ildən 2023-cü ilə Paris klubunda oynayıb. Mbappe isə 2018-ci ildən 2024-cü ilə qədər Fransa klubunun şərəfini qoruyub. 
 
 
      
                    