Renat Dadaşov Polşada diskvalifikasiya riski ilə üz-üzə

12:34 - 31 Oktyabr 2025

“Motor” və Azərbaycan millisinin hücumçusu Renat Dadaşov Ektraklasanın 14-cü turunda "Lex”ə qarşı keçiriləcək oyundan əvvəl diskvalifikasiya riski ilə üzləşib.

Sportal.az xəbər verir ki, Dadaşovun üç sarı vərəqəsi var və daha bir sarı vərəqə alması onun növbəti oyunu buraxacağı anlamına gəlir.

Qeyd edək ki, "Lex”(Poznan) - "Motor” görüşü noyabrın 2-də keçiriləcək.

Xəbər xətti