Portuqaliya milli komandasının heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, "Çelsi"nin futbolçusu Pedru Netu DÇ-2026-nın seçmə mərhələsinin qarşıdakı oyunlarında iştirak etməyəcək.
Netunun fiziki durumu qaydasında deyil. 25 yaşlı vinger baş məşqçi Roberto Martinesin qərarı ilə heyətdən kənarlaşdırılıb.
Qeyd edək ki, PPortuqaliya millisi noyabrın 13-də İrlandiyanın qonağı olacaq, bundan 3 gün sonra isə Ermənistanı qəbul edəcək.
saytlarin hazirlanmasi
