Ten Haq "Qarabağ"ın rəqibinin təklifini qəbul etmədi

20:22 - 11 Noyabr 2025

Con Heytinqa ilə yollarını ayıran "Ayaks" baş məşqçi postu üçün axtarışlarını davam etdirir.

Sportal.az xəbər verir ki, Amsterdam təmsilçisinin gündəmində olan əsas namizəd Erik ten Haq olub. Bu barədə yerli mətbuat məlumat yayıb.

Klub rəhbərliyi niderlnadlı mütəxəssislə danışıqlar aparıb. Lakin ten haq "Ayaks"ın təklifini qəbul etməyib. O, hazırda bu klubda çalışmaq fikrinin olmadığını bildirib.

Qeyd edək ki, "Ayaks" UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqibidir. Komandalar arasındakı oyun dekabrın 10-da Bakıda baş tutacaq.

Xəbər xətti