"Marsel"in hücumçusu Pyerr-Emreik Obameyanq 2019-cu ildə "Barselona"dan "Çelsi"yə transfer olduğu dövr haqda danışıb.
Sportal.az xəbər verir ki, qabonlu hücumçu sabiq klubu "Arsenal"ın rəqibinə keçməyin səhv olduğunu bildirib:
"Çelsi"yə keçməyim böyük bir səhv idi. Həmin vaxt "Barselona"da çətin bir dövr keçirirdim. Evimə quldurlar girmişdi və klub məcbur idi ki, bir futbolçunu satsın. Ya məni, ya da Memfis Depayı satacaqdılar. Yeganə real seçim "Çelsi" idi. Ona görə də dedim ki, ailəm üçün köçəcəm, hətta bu "Çelsi" olsa belə. Öz-özümə düşündüm ki, bəlkə hər şey yaxşı olar. Axı Olivye Jiru da heç bir problem olmadan "Arsenal"dan "Çelsi"yə keçmişdi. Amma mənim üçün vəziyyət tamam fərqli idi.”
Qeyd edək ki, Obameynqq 2022/2023 mövsümündə formasını geyindiyi "Çelsi"nin heyətində meydana çıxdığı 21 rəsmi matçda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
