Misli Premyer Liqasında 14-cü turun matçları keçirilir.
Sportal.az xəbər verir ki, üçüncü oyun günündə iki bir matç baş tutmalı idi.
"Qəbələ" - "Turan Tovuz" oyunu dumanlı hava səbəbindən təxirə salınıb.
"Sabah" isə öz meydanında "Neftçi"ni məğlub edib.
Xatırladaq ki, turun əvvəlki görüşlərində "Şamaxı" "Karvan-Yevlax"a (3:0) qalib gəlib, "Qarabağ" "Zirə" ilə xalları yarı bölüb (1:1).
Tura sabah 9-da yekun vurulacaq.
8 dekabr (bazar ertəsi)
17:00 "Qəbələ" - “Turan Tovuz” (təxirə salındı)
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Eyyub İbrahimov, Elvin Bayramov
VAR: Nicat İsmayıllı
AVAR: Şirmamed Mamedov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: İlham Əliyev
Qəbələ şəhər stadionu
20:00 “Sabah” - “Neftçi” 2:0
Qollar: Akim Zedadka, 58, Coy Lens Mikels, 77
Hakimlər: Rəvan Həmzəzadə, Akif Əmirəli, Cəmil Quliyev, Kamranbəy Rəhimov
VAR: Rauf Cabarov
AVAR: Rəhman İmami
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Emin Cəfərov
"Bank Respublika Arena"
