"Çelsi" UEFA Çempionlar Liqası Liqa mərhələsini 6-cı turunda səfərdə "Atalanta"nın qonağı olacaq.
Sportal.az xəbər verir ki, London təmsilçisi qarşılaşmaya ciddi itki ilə çıxacaq.
"Mavilər"in hücumameyilli yarımmüdafiəçisi Koul Palmer İtaliyaya aparılmayıb. İngiltərəli futbolçu Premyer Liqanın 15-ci turunun "Bornmut"la matçında yüngül zədə alıb.
Qeyd edək ki, "Atalanta" - "Çelsi" qarşılaşması sabah keçiriləcək və Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
saytlarin hazirlanmasi
