Mbappe Ronaldonun rekordunu təkrarlamağa yaxındır - 3 qol vursa...

00:34 - 15 Dekabr 2025

“Real”ın hücumçusu Kilian Mbappe La Liqanın 17-ci turunda “Alaves”lə oyunda (1:0, birinci hissə) qol vurub.

Sportal.az xəbər verir ki, bu, onun 2025-ci ildə Madrid klubunun heyətində vurduğu 56-cı qoldur. Hazırda Mbappe “Real”da bir təqvim ili ərzində vurulan qollar üzrə Kriştiano Ronaldonun rekordundan 3 qol geri qalır — portuqaliyalı futbolçu 2013-cü ildə 59 qol vurmuşdu.

“Alaves”lə başa çatmamış qarşılaşma ilə yanaşı, cari ilin sonuna qədər “Real”ı daha iki oyun gözləyir: İspaniya Kubokunda “Talavera”ya və çempionatda “Sevilya”ya qarşı.

Xəbər xətti