"Bu, zəhərdir, mənim üçün onlar mövcud deyil" - De Rossi sosial şəbəkələr haqqında

00:55 - 15 Dekabr 2025

“Cenoa”nın baş məşqçisi Daniele de Rossi sosial şəbəkələrdəki tənqidlərə diqqət yetirmədiyini bildirib. Genuya təmsilçisi bu gün A Seriyasının 15-ci turunda “İnter”ə 1:2 hesabı ilə məğlub olub.

Sportal.az xəbər verir ki, de Rossi öz açıqlamasında bunları qeyd edib:

“Mənim üçün sosial şəbəkələr mövcud deyil. "Cenoa"nın azarkeşləri mövcuddur və siz bu gün onları gördünüz. "Roma"da olduğum vaxtda da mənə hər cür şeylər yazırdılar, amma mən buna heç vaxt diqqət yetirməmişəm.

Sosial şəbəkələr zəhərdir, çünki 100 şərh oxusan, hətta yalan olanlar belə mütləq insanın beynində ilişib qalır."

Xəbər xətti